Bu mövsümdə heç bir film təklifi qəbul etməyən məşhur cütlük Bergüzar Korel və Halit Ergenç boş vaxtları üçün yeni əyləncə tapıblar.
Milli.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 7 ildir birlikdə olan cütlük tanqo dərslərinə başlayıb. Onlar qısa müddət ərzində rəqsi mənimsəməyi qarşılarına məqsəd qoyublar. Cütlüyün rəqs edən zaman çəkilən fotoları sosial mediada yayılıb.
Qeyd edək ki, cütlük bu yaxınlarda təşkil olunacaq parti üçün bu qədər "əl-ayağa düşüb".