Nazir: "Ötən il əhalinin ərzaq təminatına 186 milyon manat ayrılıb"

Nazir: "Ötən il əhalinin ərzaq təminatına 186 milyon manat ayrılıb"
10:19 12 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsi ilə əlaqədar kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyinin verilməsi işi davam etdirilib, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın icrası üçün dövlət büdcəsindən 186 mln. manat vəsait ayrılıb.

 

“APA-Economics”in məlumatına görə, bu barədə ölkə başçısı İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin yekunlarına həsr olunan iclasda maliyyə naziri Samir Şərifov bildirib.

 

Onun sözlərinə görə, proqramın əhatə etdiyi dövr ərzində bütövlükdə 914 mln. manat vəsait ayrılıb. Nazir bildirib ki, “Aqrolizinq” ASC-yə 71 mln. manat, o cümlədən iribuynuzlu damazlıq heyvanların idxalının həyata keçirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 15 mln. manat və kənd təsərrüfatı texnikasının alınması üçün 16 mln. manat, yüksək keyfiyyətli sortluq toxum və tinglərin yetişdirilməsi məqsədilə toxumçuluq və tinglik təsərrüfatlarına dövlət büdcəsindən subsidiya qismində 5,3 mln. manat vəsait ayrılıb.

 

S. Şərifov qeyd edib ki, 2015-ci ildə meliorasiya və irriqasiya tədbirlərinin genişləndirilməsi işlərinin maliyyələşdirilməsi diqqətdə saxlanılıb: “Bu məqsədə dövlət büdcəsinin cari xərclərindən 275 milyon manat, dövlət əsaslı vəsait qoyuluşu xərclərindən 116 milyon manat, xaricdən və daxildən cəlb edilmiş kreditlər üzrə isə 100 milyon manat, cəmi 491 milyon manat vəsait sərf olunub”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228316

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR