İŞİD 500 min insanı öldürə bilər - FOTO

İŞİD 500 min insanı öldürə bilər - FOTO
10:27 12 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatının fəaliyyəti nəticəsində 500 min insan məhv ola bilər. "Qatil" rolunu isə Mosul şəhərinin yaxınlığındakı su bəndi oynaya bilər.

ABŞ prezidenti Barak Obama Mosul şəhərindən 50 km şimalda yerləşən, Dəclə çayının üzərində olan, uzunluğu 3,6 km təşkil edən su bəndinin təcili təmirinə çağırıb.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, bənd 16 ay əvvəl İŞİD terrorçularından azad olunub. Fəqət, döyüşlərdə zərər görmüş nəhəng bəndin təmiri  üçün İraq hökumətinin nə maliyyə vəsaiti, nə də texniki imkanları var.

Baharda isə Dəclə çayında suyun səviyyəsinin artması illərdən bəri təmir olunmayan bəndi dağıda bilər. Bənd dağılarsa, 500 min iraqlı ölüm təhlükəsi ilə üzləşəcək.

İŞİD Mosul yaxınlığındakı bəndi 2014-cü ilin avqustunda ələ keçirmişdi.

ABŞ-ın Dövlət Departamenti və İtaliya hökuməti Mosul bəndində təmir-bərpa işlərinin başlanmasına qərar veriblər. İraqın Dünya Bankından götürəcəyi 1,2 milyard dollarlıq kreditin 200 milyon dolları bəndin təmirinə xərclənəcək.

İtaliyanın "Trevi" şirkəti ümumi dəyəri  380 milyon dollar olacaq təmir işlərini aparacaq.

İtaliyanın baş naziri Matteo Rensinin dediyinə görə, təmirdə çalışacaq şəxslərin təhlükəsizliyinin təminatı üçün Mosul bəndinə 450 italyan hərbçi göndəriləcək.

"Hamı deyir ki, "gəlin oranı bombalayaq", "gəlin, buranı bombalayaq". Mənsə deyirəm ki, gəlin, faydalı nə isə edək. Faciə baş verməmiş bəndi təmir etmək gərəkdir".

İraq isə bənddə italyan hərbçilərinin yerləşdirilməsinə qarşıdır. İraqın baş naziri Heydər əl Abadi bəndin mühafizəsi üçün xarici hərbi kontingentə ehtiyac duymadığını bildirib.

Milli.Az














Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/397094.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR