Obama ABŞ-ın vitse-prezidentinə pul təklif etdi

Obama ABŞ-ın vitse-prezidentinə pul təklif etdi
10:27 12 Yanvar 2016
19 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın vitse-prezidenti Co Bayden xərçəng xəstəliyindən əziyyət çəkən oğlu Bo Baydenin müalicəsi üçün prezident Barak Obamanın ona maliyyə yardımı təklif etməsindən danışıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, oğlunun müalicə pulunu ödəmək üçün evini satmağı düşündüyünü deyən Bayden Obamanın ona hərtərəfli dəstək olduğunu deyib.

"Mən narahat idim ki, Bo vəzifəsindən istefa verərsə, onun müalicə üçün şəxsi vəsaitlərti çatmaz. Lakin mən ona yardım edəcəyimi dedim. Cill (Baydenin həyat yoldaşı) və mən evi satacağıq və hər şey yaxşı olacaq. Obama isə qalxaraq dedi: "Evi satma. Söz ver ki, evi satmayacaqsan. Mən sənə pul verəcəm. Nə qədər lazımdır".

Co Bayden Barak Obama ilə ailəvi dost olduqlarını deyib.

Xatırladaq ki, Co Baydenin oğlu Cozef Bo Bayden 2015-ci il mayın 30-da 46 yaşında beyin xərçəngindən vəfat etmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/397112.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR