Rusiyada miqrantlar üçün əlavə dövlət rüsumu tətbiq ediləcək

Rusiyada miqrantlar üçün əlavə dövlət rüsumu tətbiq ediləcək
10:32 12 Yanvar 2016
24 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 12 yanvar. REPORT.AZ/ Rusiya Təhsil və Elm Nazirliyi vergi və büdcə məcəlləsinə dəyişikliklərlə bağlı yeni layihəsini bitirib. "Report" "İzvestiya"ya istinadən xəbər verir ki, bu layihəyə əsasən, əcnəbilər Rusiya ərazisində işləmək istəyirsə, mütləq rus dilini, Rusiyanın tarixini və qanunvericiliyinin əsaslarını bilməklə bağlı sertifikat almalıdır və bunun müəyyən dövlət rüsumu olacaq.
Nəşrin yazdığına görə, dövlət rüsumunun məbləği hələ dəqiqləşdirilməyib. Bu, 600-1000 rubl civarında ola bilər.
Xatırladaq ki, 2015-ci il yanvarın 1-dən etibarən Rusiyada işləmək üçün icazə istəyən bütün miqrantlar, həm də kompleks testdən keçməlidir.
2015-ci ilin sonuna olan məlumata görə, 1,7 milyondan çox adam bu cür imtahan verib. Özü də əcnəbilərin 90 faizi imtahanı uğurla keçib. 2015-ci ildə ən çox Özbəkistan (44 %), Tacikistan (23 %), Ukrayna (11 %), Azərbaycan (5 %), Moldova (4 %), Çin, Ermənistan və Qırğızıstan (3 %) vətəndaşları imtahan verib.

Xəbərin orijinal ünvanı: http://report.az/region/rusiyada-miqrantlar-ucun-elave-dovlet-rusumu-tetbiq-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR