Media nümayəndələri İqtisad Universitetində qış imtahan sessiyasının gedişini izləyiblər

Media nümayəndələri İqtisad Universitetində qış imtahan sessiyasının gedişini izləyiblər
10:43 12 Yanvar 2016
33 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 yanvar, Elvira Məmmədova, AZƏRTAC
Yanvarın 12-də Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) media nümayəndələri ilə “Bilik şəffaf və obyektiv qiymətləndirilməlidir” devizi altında növbəti görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, mediatur təhsil nazirinin “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” əmrinə əsasən təşkil olunub.
İyirmiyədək media təmsilçisinin iştirak etdiyi görüşdə imtahanların, imtahan prosesinin təşkili barədə məlumat verilib.
Sonra müşahidəçilər auditoriyalarda qış imtahan sessiyasının gedişini izləyiblər.
Fevralın 1-dək davam edəcək qış imtahan sessiyası müddətində tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmin edilməsi, şəffaflığın qorunması məqsədilə ictimaiyyət nümayəndələrinin müşahidəçi qismində iştirakı üçün ADİU-da bütün şərait yaradılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Media_numayendeleri_Iqtisad_Universitetinde_qis_imtahan_sessiyasinin_gedisini_izleyibler-917646

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR