Bərdədə məktəbli qız intihar edib

Bərdədə məktəbli qız intihar edib
10:49 12 Yanvar 2016
107 Ölkə
Ölkə mətbuatı
A- A+

Bərdədə intihar hadisəsi baş verib.

 

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Hacıalı kəndində qeydə alınıb. Kənd sakini, 1999-cu il təvəllüdlü Aytac Zamin qızı Surxaylı yaşadığı ünvanda özünü asıb. Onun özünə qəsd etməsinin dəqiq səbəbləri hələlik məlum deyil.

 

Polisdən həmçinin bildirilib ki, A. Surxaylı orta məktəb şagirdi olub.

 

Faktla bağlı Bərdə Rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228324

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR