Yardımlı rayonu ərazisində zəlzələ baş verib

Yardımlı rayonu ərazisində zəlzələ baş verib
10:53 12 Yanvar 2016
46 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 yanvar, AZƏRTAC
Yanvarın 12-də Yardımlı rayonu ərazisində zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 06:38-də Yardımlıdan 20 km şimalda Iran ərazisində qeydə alınıb. Yeraltı təkanın maqnitudası 4.6 olub, ocağı isə 27 kilometr dərinlikdə yerləşib.
Zəlzələ Azərbaycan ərazisində, episentirə yaxın yaşayış məntəqələrində 3.0 bala qədər hiss olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yardimli_rayonu_erazisinde_zelzele_bas_verib-917651

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR