Messi mükafatını xanımı ilə aldı - VİDEO - FOTO

Messi mükafatını xanımı ilə aldı - VİDEO - FOTO
11:05 12 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

İspaniyanın "Barselona" klubunun argentinalı ulduzu Lionel Messi dünən 2015-ci ilin nəticələrinə görə Avropanın ən yaxşı futbolçusu seçilib və FİFA-nın "Qızıl Top" (Ballon d'Or) mükafatına layiq bilinib.
Mükafatın təqdimat mərasiminə Messi qeyri-rəsmi nikahda yaşadığı xanımı, 27 yaşlı Antonella Rokusso və oğlu Tyaqo ilə yollanmışdı. 
Milli.Az ABC-yə istinadən bildirir ki, İsveçrənin Sürix şəhərindəki Konqreslər Evində (Kongresshaus) Lionel Messinin yanında İspaniyanın "Real" (Madrid) klubunun portuqaliyalı ulduzu Kriştianu Ronaldu oturmuşdu.
Serxio Ramos isə mərasimdə xanımı Pilar Rubio ilə birlikdə idi.
 

Milli.Az












RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR