Əfvə düşən məşhurlar (VİDEO)

Əfvə düşən məşhurlar (VİDEO)
17:21 30 Dekabr 2014
101 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün bütün cəzaçəkmə müəssisələrinin qarşısında insan izdihamı olub. Onların əksəriyyəti də, əfv fərmanına adı düşən yaxınlarının həbsxanadan çıxmasını səbirsizliklə gözləyənlərdir.

Ölkə prezidentinin imzaladığı əfv sərəncamının icrasına bu gün səhər saatlarından başlanılıb. Sərəncama əsasən Azərbaycan respublikası cinayət məcəlləsinin müxtəlif maddələriylə həbs həyatı yaşayan 79 nəfər 2015-ci ili öz evində, ən əsası da azadlığqda qarşılayacaq.

Bu gün azadlığa çıxanlar arasında 2013-cü ilin iyununda həbs edilən vəkil Qurban Məmmədov da var. 2013-cü ilin avqustunda xuliqanlıq maddəsi ilə həbs olunan və 4 il azadlıqdan məhrumetmə cəzası alan “p.sNota” qəzetinin baş redaktoru Sərdar Əlibəyli də var. Jurnalist ANS-ə açıqlamasında bildirib ki, hər zaman dövlətimizin yanındadır: "Dövlətimizə canımız qurban. Bundan sonra jurnalist kimi işləyəcəm", - deyə Sərdar Əlibəyli söyləyib.

Əfv sərəncamına əsasən bu gün azadlığa çıxanlar sırasında “Nida” Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvləri Zaur Qurbanlı və Üzeyir Məmmədli də var. "Xural" qəzetinin baş redaktoru, 2013-cü il də həbs edilən Əvəz Zeynallıda bu gün 10 saylı Cəzaçəkmə Müəssisəsindən azadlığa buraxılıb.

Ölkəmiz müstəqillik əldə etdikdən sonra icra edilən bu gün ki, 58-ci əhf sərəncamı bir çoxları üçün gözlənilməz olub. Həbsdə olan atasının azadlığa çıxdığını eşidən bu balaca isə sevincini izah edə bilmir. Dekabrın 29-da imzalanan əhf sərəncamı ümumilikdə 87 nəfərə şamil edilib. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 79 nəfər cəzanın çəkilməmiş hissəsindən, 3 nəfər islah işləri, 5 nəfər isə cərimə cəzasından azad edilib.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=317179

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR