“Manqurt” tamaşası nümayiş olunacaq

“Manqurt” tamaşası nümayiş olunacaq
11:13 12 Yanvar 2016
18 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 yanvar, AZƏRTAC
Yanvarın 16-da Azərbaycan Dövlət Pantomima Teatrı dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun “Gün var əsrə bərabər” əsərinin motivləri əsasında hazırladığı “Manqurt” tamaşasını teatrsevərlərə təqdim edəcək.
Teatrdan AZƏRTAC-a bildiriblər ki, aktyor Ceyhun Dadaşovun quruluş verdiyi tamaşanın rəssamı Sənubər Səmədova, musiqi tərtibatçısı Elman Rəfiyev, plastik həll üzrə rejissoru Xalq Artisti Bəxtiyar Xanızadədir.
Uzun illərdir teatrın repertuarında olan bu səhnə əsəri yeni üslubda təqdim olunacaq. Tamaşada teatrın bütün aktyor heyəti çıxış edəcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR