General şəhər merini döydü

General şəhər merini döydü
11:37 12 Yanvar 2016
51 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistanın "Çoxord İşxanutyun" qəzeti ölkədəki özbaşınalıqla bağlı yeni epizod barədə yazıb.

Milli.az modern.az-a istinadən bildirir ki, Ermənistan ordusunun keçmiş general-mayoru və hazırki parlamentin üzvü Manvel Qriqoryan Eçmiədzin şəhərinin keçmiş meri Qraçik Abqaryanı amansızlıqla döydürtdürüb.

"Heç kəsə sirr deyil ki, "Yerkrapa" könüllülər birliyinin sədri və deputat Manvel Qriqoryan Eçmiədzini öz mülkü hesab edir. O, xoşuna gəlməyən insanların hətta maşını parketmə qaydalarını pozmasını da həzm etmir. Bizim əməkdaşımızın məlumatına görə, Yeni il öncəsi şəhərin supermarketlərindən birinin qarşısında öz "Cip"ini park edən keçmiş mer Qraçik Abqaryan Manvel Qriqoryanın adamları tərəfindən döyülüb.

Belə ki, generalın mühafizəçiləri qəsdən Abqaryanın maşınının təkərlərini deşiblər və onu təxribata çəkiblər. Nəticədə Manvel Qriqoryanın da arasında olduğu qrup keçmiş meri həyat yoldaşı və gəlininin gözü qabağında döyüb".

"Coxord İşxanutyun" yazır ki, Qraçik Abqaryanın yaxınlarda oğlunu itirməsi belə, Manvel Qriqoryanı durdurmayıb.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/armenia/397142.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR