Ronaldo onu seçdi (FOTO)

Ronaldo onu seçdi (FOTO)
11:46 12 Yanvar 2016
178 İdman
Ölkə mətbuatı
A- A+

“Real Madrid” klubunun və Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldo “İlin ən yaxşı məşqçi” nominasiyasında italiyalı mütəxəssis Karlo Ançelottini seçib.

ANS PRESS-in məlumatına görə, Ronaldo həmyerlisi Joze Mourinyonu sorğuda 2-ci pillədə qoyub. “Bavariya” klubunun ispaniyalı məşqçisi Xosep Qvardiolanı isə 3-cü pillədə yerləşdirib.

Karlo Ançelotti ötən ilin yayında “Kral” klubundan qovulub. Bir müddət əvvəl məlum olub ki, Ançelotti mövsümün sonunda “Bavariya” klubunun baş məşqçisi olacaq.

Ötən gün FIFA tərəfindən mövsümün ən yaxşı futbolçusuna verilən "Qızıl top" (FIFA Ballon d`Or) mükafatının sahibi müəyyənləşib.


FİFA-nın "twitter" səhifəsi

İsveçrənin Sürix şəhərində keçirilən qala-gecədə dünyanın ən yaxşı futbolçusuu Lionel Messi olub. İlin ən yaxşı baş məşqçisi isə “Barselona” klubunun baş məşqçisi Luis Enrike seçilib.


Luis Enrike - məşqçi



Soldan birinci Ronaldo, Messi və həyat yoldaşı Antonella, Neymar

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR