"Çox çətin, keşməkeşli yol oldu" - əməkdar artist

"Çox çətin, keşməkeşli yol oldu" -  əməkdar artist
11:51 12 Yanvar 2016
40 Şou
Ölkə mətbuatı
A- A+

"İctimai" telekanalda yayımlanan “Antrakt” verilişinin qonağı əməkdar artist Fərqanə Qasımova olub.

Axşam.az-ın məlumatına görə, muğam ifaçısı yaradıcılığından bəhs edib:

“Mən atamın tərbiyyəsini almışam. Heç bir şeyə üzdən yanaşa bilmərəm. Hər bir notun, ifanın haqqını verəcəm. “Nəva” muğamını oxudum. Çox çətin, keşməkeşli yol oldu. Atamın təklifi idi. Bu muğam bizdə unudulmuşdu. Onu yenidən oxuyub, inkişaf etdirdik. İndi tələbələr gəlib deyir ki, “Bizə də bu muğamı öyrədin”. Bu məni sevindirir”.

Qeyd edək ki, Kamran Quliyevin aparıcılıq etdiyi “Antrakt” verilişi həftənin şənbə günü saat 22:15-də yayımlanır.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=44068

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR