Messi və Ronaldudan oxşar seçim

Messi və Ronaldudan oxşar seçim
11:52 12 Yanvar 2016
66 İdman
Ölkə mətbuatı
A- A+

FİFA-nın ilin ən yaxşı futbolçusu üçün keçirdiyi ənənəvi səsvermədə ilk iki yeri tutan Lionel MessiKriştianu Ronaldunun seçimi oxşar olub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, hər iki futbolçu klubundakı komanda yoldaşlarına səs verib.

Argentina millisinin kapitanı kimi səs verən Messi İspaniya "Barselona"sının üzvlərini ilk "üçlüy"ə qoyub. O, Luis Suaresi 1-ci, Neymarı 2-ci, Andres İnyestanı 3-cü pilləyə layiq bilib.
 
Portuqaliya yığmasının kapitanı Ronaldu isə digər İspaniya nəhəngi "Real"ın futbolçularını fərqləndirib. O, Kərim Benzema, Hames Rodriges Qaret Beyli ən yaxşı hesab edib.
 
Messi məşqçi nominasiyasında da "Barselona"nın çalışdırıcısı Luis Enrikeni ən yaxşı sayıb. Argentinalı Xorxe Sampaoli Dieqo Simeoneyə də səs verib.
 
Ronaldu isə sabiq "Real"lılar Karlo Ançelotti Joze Mourinyonu ilk iki pilləyə layiq bilib. "Kral klubu"na bağlı olanlara səs verməyən Messidən fərqli, portuqaliyalı "Barselona"nın keçmiş məşqçisi Pep Qvardiolanı "üçlüy"ə daxil edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/397149.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR