Aytacın qatilinin məhkəməsi təxirə salındı

Aytacın qatilinin məhkəməsi təxirə salındı
11:57 12 Yanvar 2016
68 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı Apellyasiya Məhkəməsində sevdiyi qızı qətlə yetirən İzzət Hüseynovun şikayəti üzrə məhkəmə prosesi təxirə salınıb.
 
Milli.Az Lent.az-a istinadən bildirir ki, təqsirləndirilən şəxsin vəkili Adəm Məmmədov prosesdə iştirak etmədiyi üçün məhkəmə prosesi yanvarın 19-na qədər təxirə salınıb.
 
Qeyd edək ki, keçən il  aprelin 29-da Nizami rayonunun Bəhruz Nuriyev küçəsində İzzət Hüseynov sevdiyi qızı, 1998-ci il təvəllüdlü Aytac Babayevanı qətlə yetirib. 
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İzzət Hüseynov 20 il müddətə azadlıqdan məhrum edilib. Hökmlə razılaşmayan müdafiə tərəfi apellyasiya şikayəti verib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR