Naxçıvanda donuz qripi var?

Naxçıvanda donuz qripi var?
11:57 12 Yanvar 2016
67 Digər
Ölkə mətbuatı
A- A+

Naxçıvan Muxtar Respublikası (MR) Səhiyyə Nazirliyi Naxçıvan MR-də "donuz qripi"nin yayılması barədə son günlər mətbuatda gedən xəbərlərə münasibət bildirib.

Milli.Az bildirir ki, Naxçıvan MR Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, MR Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi Təhlükəli İnfeksiyalarla Mübarizə və Sanitar Karantin Nəzarəti şöbəsi tərəfindən MR-in sərhəd keçid məntəqələrində karantin tədbirlər görülür, digər ölkələrdən gələn şəxslər üzərində tibbi müşahidələr aparılır.
 
Naxçıvan Səhiyyə Nazirliyi bildirir ki, bu günə qədər MR-in səhiyyə müəssisələrinə müraciət edən kəskin respirator infeksiyalı xəstələrdən götürülən laborator analizlərin nəticələrində "donuz qripi" (H1N1) virusu aşkar edilməyib. Görülmüş tədbirlər nəticəsində MR-də epidemioloji durum tam stabildir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR