Jurnalistlər ADU-da imtahanların gedişini izləyiblər

11:58 12 Yanvar 2016
20 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 yanvar, Pərvanə İmanova, AZƏRTAC
Yanvarın 12-də Azərbaycan Dillər Universitetində (ADU) təhsil naziri Mikayıl Cabbarovun “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” müvafiq əmrinə əsasən imtahan sessiyasının gedişini izləmək üçün mediatur təşkil olunub.
AZƏRTAC xəbər verir ki, imtahanlar regionşünaslıq və beynəlxalq münasibətlər, pedaqoji (ingilis, alman dili) fakültələrində aparılıb.
Qeyri-hökumət təşkilatlarının və KİV-lərin nümayəndələri, valideynlər auditoriyalarda imtahanların gedişini izləyib, ADU-da qış imtahan sessiyasının mövcud qaydalara uyğun təşkilini, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın, obyektivliyin təmin olunduğunu müşahidə ediblər.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Jurnalistler_ADU_da_imtahanlarin_gedisini_izleyibler-917679

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR