"İrandakı zəlzələ cənub rayonlarında hiss olunub" - Qurban Yetirmişli

"İrandakı zəlzələ cənub rayonlarında hiss olunub" - Qurban Yetirmişli
11:59 12 Yanvar 2016
56 Ölkə
Ölkə mətbuatı
A- A+

“Zəlzələ İran-Azərbaycan sərhədində, İran ərazisində qeydə alınıb. Azərbaycan ərazisində Lənkəran, Lerik, Cəlilabad və Yardımlı rayonlarında hiss olunub”. 

 

Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.

 

Q. Yetirmişlinin sözlərinə görə, zəlzələ 3 bala qədər qeydə alınıb: “Dalğa bizim ərazimizə çox zəif çatıb. Biz yeraltı təkanları üç bala qədər qiymətləndirdik. Ciddi zəlzələ deyil ki, hər hansı tədqiqatlar aparılsın, xəritə qurulsun. Hiss olunan zəif təkanlardır”.

 

Q. Yetirmişli əlavə edib ki, təkanların Dağlıq Qarabağ ərazisində də hiss olunması mümkündür. O, zəlzələnin episentrinin Azərbaycanda olduğu barədə Ermənistan mətbuatının yaydığı məlumatların həqiqəti əks etdirmədiyini bildirib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228336

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR