Jurnalistlər Cavid Hüseynovun məhkəməsinə buraxılmadılar - FOTO

Jurnalistlər Cavid Hüseynovun məhkəməsinə buraxılmadılar - FOTO
12:05 12 Yanvar 2016
43 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Cavid Hüseynovun işi məhkəməyə göndəriləcək. Əvvəlki proses kimi bu dəfə də media nümayəndələri prosesdən kənarda qaldılar. 

Milli.Az Musavat.com-a istinadən bildirir ki, İlqar adlı məhkəmə nəzarətçisi jurnalistləri açıq şəkildə zala buraxmayacağını bildirdi. Təqsirləndirilən şəxslərin yaxınları ilə məhkəmə nəzarətçiləri arasında məhkəmə binasının önündə qarşıdurma yaranıb. Onlar da zala buraxılmırlar.

Qeyd edək ki,  Rasim Əliyev 2015-ci il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb. Xəstəxanaya yerləşdirilən R. Əliyev orada vəfat edib. Həmin faktla bağlı Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev və futbolçu Cavid Hüseynov tutulub.

Milli.Az


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR