İranla Azərbaycanı birləşdirəcək dəmiryolunun istifadəyə veriləcəyi tarix məlum olub

İranla Azərbaycanı birləşdirəcək dəmiryolunun istifadəyə veriləcəyi tarix məlum olub
12:12 12 Yanvar 2016
16 Digər
Ölkə mətbuatı
A- A+

Qəzvin-Rəşt dəmir yolu 2017-ci ilin iyul ayında istismara veriləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Möhsün Pur Seyid Ağayi Bakıda bu gün keçirilən konfransda bildirib. O qeyd edib ki, Rəşt-Astara dəmir yolunun tikintisi isə 2016-cı ilin birinci yarısında başlayacaq və gözlənilir ki, 2019-cu ildə başa çatacaq: "Rəşt-Qəzvin-Astara 1.5 milyard dollar investisiya tələb edir, lakin İran hökumətinin prioriteti olaraq qalır və ona lazım olunan vəsait İran tərəfindən təmin olunub".

İran rəsmisi qeyd edib ki, hazırda dünya iqtisadiyyatına inkişaf lazımdır, halbuki dünyanın bir çox ölkələri resessiya ilə qarşı-qarşıyadırlar: "Belə halda, tranzit yollarının qısalması, xərclərin azalması və yüklərin az zamanda daşınılması dünya iqtisadiyyatına töhfə verə bilər. Bunun üçün isə İran öz beynəlxalq missiyasını bilir və üzərinə düşən öhdəlikləri yerinə yetirəcək. Hazırda neftin qiymətinin düşməsi ilə əlaqədar qarşılaşdığımız iqtisadi təzyiqlərə baxmayaraq, İrandan keçən tranzit layihələrinin gerçəkləşdirilməsi ilə bağlı üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetirməyə bizim imkanımız var".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/397160.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR