​Ermənistanda deputat keçmiş meri döydürüb

​Ermənistanda deputat keçmiş meri döydürüb
12:13 12 Yanvar 2016
24 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 12 yanvar. REPORT.AZ/ Ermənistan parlamentinin deputatı, general Manvel Qriqoryan Eçmiədzin şəhərinin keçmiş meri Qraçik Abqaryanı döydürüb.
"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.
Məlumata görə, deputat özünü Eçmiədzin şəhərinin yiyəsi sayır, orada bütün məsələlərə, hətta maşınların saxlanılması qaydasına, yerinə də nəzarət edir.
Xəbərdə bildirilib ki, keçmiş mer içərisində həyat yoldaşı və gəlini olan "Jeep" marakalı maşınını şəhərədəki mağazalardan birinin qabağında saxlayıb. Deputatın cangüdənləri onun avtomobilinin təkərinin havasını boşaldıb. Buna dözməyən keçmiş mer onlarla mübahisə edib. Özü boksçu olmasına baxmayaraq dava-dalaş Abqaryanın yerlə sürünməsi ilə nətcələnib. Manvel Qriqoryan isə maşınında oturub hadisəni izləyib.
İnformasiyaya əsasən, deputat bu yolla keçmiş mer ilə "köhnə haqq-hesabını çürüdüb". Bu yaxınlarda Q.Abqaryanın oğlu ölüb. Deputatın cangüdənləri keçmiş merin bu halına belə məhəl qoymayıblar. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR