"Kəpəz" Vidadi Rzayevə köməkçi təyin etdi

"Kəpəz" Vidadi Rzayevə köməkçi təyin etdi
12:17 12 Yanvar 2016
18 İdman
Ölkə mətbuatı
A- A+

Ötən gün Vidadi Rzayevin "Kəpəz"də yeni vəzifəyə təyin olunması barədə xəbər vermişdik. Əldə etdiyimiz məlumatda bildirilirdi ki, veteran futbolçu Gəncə klubunun U-19 komandasına baş məşqçi təyin edilib.


Artıq klub xəbəri təsdiqləyib. "Kəpəz"in rəsmi açıqlamasında bildirilir ki, bu komandanın baş məşqçisi olmuş Fuad İsmayılov da klubu tərk etməyib. O, Vidadi Rzayevin köməkçisi təyin edilib.


U-19 komandasında köməkçi-məşqçi işləmiş Tofiq Məmmədov isə klubun 16 yaşlılardan ibarət komandasının baş məşqçisi olub.


Qeyd edək ki, Vidadi Rzayev müxtəlif vaxtlarda “Kəpəz”də məşqçi və baş məşqçi işləyib. Ötənlərin məşhur futbolçusu komanda I divizionda çıxış edərkən “sarı-göylər”in əsas çalışdırıcısı olub. 


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotkpzquot-vidadi-rzayev-komkci-tyin-etdi-t46738.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR