Saleh Abdussalamın qaçışdan sonrakı ilk fotoları yayılıb

12:18 12 Yanvar 2016
18 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 yanvar, AZƏRTAC
Yeni fotoşəkillər Paris terror aktının yeganə sağ qalan iştirakçısı Saleh Abdussalamın Fransa paytaxtında törədilən hücumun ertəsi günü Belçika ilə sərhədi keçərək qaçmağa nail olduğunu sübut edir.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, fotoşəkillərdə Saleh Abdussalam onu Brüsselə çatdıran və sonra həbs olunan Həmzə Attu ilə birgə yanacaq doldurma məntəqəsində görünür. Yol boyu onların avtomobili polis tərəfindən üç dəfə yoxlanılsa da, heç biri həbs olunmayıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Saleh_Abdussalamin_qachisdan_sonraki_ilk_fotolari_yayilib-917681

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR