Əməkdar artist: "Mən atamın tərbiyəsini almışam"

Əməkdar artist: "Mən atamın tərbiyəsini almışam"
12:27 12 Yanvar 2016
31 Digər
Ölkə mətbuatı
A- A+

"İctimai" telekanalda yayımlanan "Antrakt" verilişinin qonağı əməkdar artist Fərqanə Qasımova olub. 

Axşam.az-ın məlumatına görə, muğam ifaçısı yaradıcılığından bəhs edib:

"Mən atamın tərbiyəsini almışam. Heç bir şeyə üzdən yanaşa bilmərəm. Hər bir notun, ifanın haqqını verəcəm. "Nəva" muğamını oxudum. Çox çətin, keşməkeşli yol oldu. Atamın təklifi idi. Bu muğam bizdə unudulmuşdu. Onu yenidən oxuyub, inkişaf etdirdik. İndi tələbələr gəlib deyirlər ki, "Bizə də bu muğamı öyrədin". Bu məni sevindirir".

Qeyd edək ki, Kamran Quliyevin aparıcılıq etdiyi "Antrakt" verilişi həftənin şənbə günü saat 22:15-də yayımlanır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/397169.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR