"BakuBus" fəaliyyətini genişləndirir

"BakuBus" fəaliyyətini genişləndirir
12:37 12 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 12 yanvar. REPROT.AZ/ Yaxın günlərdə Bakı şəhərində daha bir avtobus marşrut xəttinin açılması planlaşdırılır. Belə ki, paytaxtda sərnişin daşınması ilə məşğul olan "BakuBus" MMC-nin növbəti marşrut xəttinin açılması nəzərdə tutulub.
"Report" xəbər verir ki, yeni xəttin C.Naxçıvanski-Gəncə prospketi-Ukrayna dairəsi-"Nargilə" kafesi-Nobel prospekti-"20-ci Sahə" yaşayış massivi marşrutu əhatə edəcəyi planlaşdırılır.
Qeyd edək ki, hazırda "BakuBus"ın paytaxtda "H1", 1, 2, 3, 4, 5, 6, 8 və 14 nömrəli marşrut xətləri fəaliyyət göstərir.

Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/bakubus-fealiyyetini-genislendirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR