Sabaha olan hava proqnozu

Sabaha olan  hava proqnozu
12:41 12 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axşam.az-a verilən məlumata görə, yanvarın 13-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq.

Mülayim cənub-qərb küləyi əsəcək, səhər və gündüz arabir güclənəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 3-5, gündüz 8-13, Bakıda gecə 3-5, gündüz 9-11 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 4-9 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji məlumata əsasən, yanvarın 13-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli enməsi fonunda gündüz gilavar küləyinin güclənməsi meteohəssas insanlarda narahatçılıq hissi yarada bilər. Sonrakı iki gündə mülayim xəzri küləyinin üstünlüyü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR