Aktyorun evinə oğru girdi: kompüterini oğurladılar

Aktyorun evinə oğru girdi: kompüterini oğurladılar
12:42 12 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Aktyor Engin Günaydının evinə oğru girib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyorun İzmir şəhərindəki evinə oğru girib. Oğru evdəki zinət əşyaları ilə birlikdə Enginin kompüterini də oğurlayıb. O, kompüteri satmaq istəyərkən tutulub. Aktyora bu barədə məlumatı polislər çatdırıblar. 

Aktyor kompüterdə şəxsi şəkillərin və yeni film ssenarisinin olduğunu bildirib.

Qeyd edək ki, aktyor axırıncı dəfə "Galip derviş" serialında çəkilmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/397166.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR