Qədim samovarın "oduna" düşdülər

Qədim samovarın "oduna" düşdülər
12:52 12 Yanvar 2016
23 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər tutulub.

Milli.Az bildirir ki, Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Quba rayon sakini, 1993-cü il təvəllüdlü Mərhəmət Sədirovdan 5,15, Bakı şəhər sakinləri - 1987-ci il təvəllüdlü Nahid Həsənovdan 5,88 və əvvəllər məhkum olunan, 1983-cü il təvəllüdlü Rəşad Əzimovdan 5,84 qram, ona məxsus zəmbildən isə 19 kiloqram 150 qram qurudulmuş marixuana aşkarlanıb. Araşdırma zamanı müəyyən edilib ki, onlar yanvarın 8-də Bakı şəhər sakini Zaur Aslanova məxsus, Şüvələn qəsəbəsində yerləşən bağ evindən velosiped, yanvarın 9-da həmin ünvandan qədim samovar, qədim 3 ədəd mis podnos və külqabı, 2 ədəd  xəncər, geyim və elektron məişət əşyaları oğurlayıblar. Oğurlanan əşyalar maddi sübut kimi götürülüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/397179.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR