Türkiyədə güclü partlayış

Türkiyədə güclü partlayış
12:56 12 Yanvar 2016
59 Ölkə
Ölkə mətbuatı
A- A+

Türkiyənin İstanbul şəhərində, Sultan Əhməd məscidi qarşısında güclü partlayış olub.

ANS PRESS-in məlumatına görə, bu barədə Türkiyə mətbuatı xəbər yayıb. Hadisənin kim tərəfindən törədildiyi bəlli olmasa da, deyilənlərə görə, üzərində bomba olan bir şəxs məscidin qarşısında toplaşmış çoxlu sayda insanın arasına girərək, özünü partladıb. İnsident nəticəsində neçə nəfərin öldüyü və yaralandığı bilinməsə də, amma sayın çox olacağı güman edilir.

Başqa bir məlumatlarda partlama nəticəsində içərisində polis əməkdaşları olan polis maşınının da aşdığı deyilir.


Hadisənin görüntüləri

Sonuncu dəfə bu ərazidə partlayış 3 gün əvvəl olub. Bir nəfər üzərində bomba polis şöbəsinə yaxınlaşaraq, özünü partladıb. Nəticəsə bir polsi ölüb, bir isə ağır bədən xəsarətləri alıb.


Hadisənin görüntüləri


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=369490

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR