Bakıda yeni avtobus marşrutu açılır

Bakıda yeni avtobus marşrutu açılır
12:56 12 Yanvar 2016
51 Ölkə
Ölkə mətbuatı
A- A+

Yaxın günlərdə Bakı şəhərində daha bir avtobus marşrut xəttinin açılması planlaşdırılır. Belə ki, paytaxtda sərnişin daşınması ilə məşğul olan "BakuBus" MMC-nin növbəti marşrut xəttinin açılması nəzərdə tutulub.

Axşam.az xəbər verir ki, yeni xəttin C.Naxçıvanski-Gəncə prospketi-Ukrayna dairəsi-"Nargilə" kafesi-Nobel prospekti-"20-ci Sahə" yaşayış massivi marşrutu əhatə edəcəyi planlaşdırılır.

Qeyd edək ki, hazırda "BakuBus"ın paytaxtda "H1", 1, 2, 3, 4, 5, 6, 8 və 14 nömrəli marşrut xətləri fəaliyyət göstərir.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=44075

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR