"Qanlı Yanvar"ın məktəb və universitetlərdə nümayişi başlayır

"Qanlı Yanvar"ın məktəb və universitetlərdə nümayişi başlayır
13:06 12 Yanvar 2016
54 Şou
Ölkə mətbuatı
A- A+

Bu gündən "Qanlı Yanvar" filminin respublika üzrə nümayişinə başlanılır. ANS PRESS-in məlumatına görə, film Bakıda, həmçinin respublikamızın digər güşələrində nümayiş ediləcək. Yanvar ayının 20-də adıçəkilən film bütün kinoteatrlarda göstəriləcək.

Film faciənin ildönümünə kimi bir sıra ali və orta təhsil müəssisələrində də təqdim ediləcək. Bunların arasında Bakı Slavyan Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Ali Neft Məktəbi, Neft ve Senaye Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti də var.

İlk nümayiş isə bu gün Nizami rayonundakı 12 saylı məktəbdə olacaq.

Kinorejissor Vahid Mustafa Yevin "Qanlı yanvar" filmi Azərbaycanın müstəqillik tarixinin qanlı səhifəsi olan 20 Yanvar hadisələrindən bəhs edir.

Film Azərbaycanı bir çox beynəlxalq kinofestivallarda təmsil edib. Ekran işi Braziliyada San Pauloda Beynəlxalq Monstra festivalında, o cümlədən dünyanın üç ən nüfuzlu festivalından birində - Kanadada, Monreal film festivalında, Estoniyanın paytaxtı Tallində 1997-ci ildən keçirilən Avropanın ən iri festivallarından olan “Black Nights” kinofestivalında nümayiş olunub. Film müxtəlif mükafatalara və diplomlara layiq görülüb.
“Qanlı Yanvar” filmi Hindistanda, 46-cı Beynəlxalq Qoa Film Festivalında tamaşaçı rəğbəti qazanaraq 3-cü yeri tutub.

Rejissor Vahid Mustafa Yevin şahidi olduğu hadisələri ekranlaşdırdığı filmdə adi insanların qızıl ordunun tanklarının qarşısını kəsmələri, azadlıq uğrunda mübarizəyə qalxmaları beynəlxalq festivallarda tamaşaçıların rəğbətini qazanıb. Beləcə, “Qanlı Yanvar” beynəlxalq film festivallarında iştirak etməklə, Azərbaycan həqiqətlərini dünyaya çatdırır.



Çəkiliş meydanından


"Qanlı yanvar" filmi bizə sovet ordusunun törətdiyi qırğını və 1990-cı ildə yanvarın 19-dan 20-nə keçən gecə baş verənləri Azərbaycan ailəsi olan - Nərimanovların gözü ilə göstərir. İki qardaş - kommunist Nəcəf və inqilabçı Mehdi əks düşüncəyə sahibdirlər. Onlar inandıqları uğrunda ölüm-dirim mübarizəsinə başlayıblar. Dramın mərkəzində isə onların anası - Xədicə dayanıb.

Film 2015-ci il yanvar ayının 20-də - faciənin 25 illiyində təqdim edilib. Premyerada həmçinin başda kinoda rol alan məşhur aktyorlar Nəbahət Çehrə və Leyn Devis olmaqla yaradıcı heyətin üzvləri iştirak ediblər.


"Qanlı Yanvar" rəsmi treyler


Filmin Bakı premyerası

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=369491

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR