Taliban 5 il girov saxladığı səyyahı azad etdi

Taliban 5 il girov saxladığı səyyahı azad etdi
13:12 12 Yanvar 2016
19 Digər
Ölkə mətbuatı
A- A+

Kanadanın xarici işlər naziri Stefan Dion 2010-cu ildə taliblər tərəfindən girov götürülən səyyah Kolin Ruterfordun azad olunduğunu elan edib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, səyyahın azad olunması Qətərin vasitəçiliyi ilə baş tutub.  

2010-cu ildə taliblərin yaydığı görüntülərdə Əfqanıstanı turist kimi ziyarət etdiyini deyən Ruterford buradakı tarixi abidələri və məbədləri ziyarət etmək niyyətində olduğunu demişdi. Lakin Taliban hərəkatı onu "Amerika casusu" elan etmişdi.  

Qərb mətbuatının məlumatına görə, Qətər Taliban ilə Avropa ölkələri arasında vasitəçi rolunu əvvəllər də oynayıb.

Məhz bu Yaxın Şərq əmirliyinin sayəsində 2014-cü ildə amerikalı çavuş Boy Berqdal və 2013-cü ildə kanadalı diplomat Bob Fauler və Luis Qay azad olunmuşdular.    

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/397173.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR