Avtobus minik maşını ilə toqquşdu, ölən və yaralananlar var

Avtobus minik maşını ilə toqquşdu, ölən və yaralananlar var
13:17 12 Yanvar 2016
17 Digər
Ölkə mətbuatı
A- A+

Sumqayıtda ağır yol qəzası baş verib.
 
Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, yanvarın 11-də saat 17 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsində şəhər sakinləri Amid Cəfərovun idarə etdiyi "Mercedes" və Canlar Hüseynovun 3 saylı xətt üzrə idarə etdiyi "İsuzu" markalı (avtobus) avtomobillər toqquşub. Nəticədə A.Cəfərov hadisə yerində ölüb, C.Hüseynovun 2 sərnişininə isə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
 
Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/397196.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR