"2 mindən çox insan mənim üçün işləyir" - Emin

"2 mindən çox insan mənim üçün işləyir" -  Emin
13:21 12 Yanvar 2016
101 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni-bəstəkar Emin “Russkie emiratı” jurnalına müsahibə verib.

Axşam.az-ın məlumatına görə, ifaçı heç vaxt prodüserlə çalışmadığını açıqlayıb:

“Düşünürəm ki, prodüserim olsaydı işlərim daha rahatlaşardı. Mənim savadım və bildiklərim bu sahədən pul qazanmağa imkan vermir. Əgər prodüserim olsaydı, o təbliğatı düzgün aparardı. Biznes diliylə desək, mən satılmağa hazır olan məhsulam. Özüm-özümü satmayacam ki? Prodüserim olsaydı düzgün yolu göstərərdi. İndi ilk dəfə prodüserlə çalışmağa başlamışam. Başa düşdüm ki, özüm davam edə bilməyəcəm. Hazırda mən Maks Fadeyevlə işləyirəm”.

E.Ağalarov özünü sadəcə musiqiyə həsr edə bilmədiyini deyib:

“Bizneslə məşğulam. Cavabdeh olduğum işlər var: 2 mindən çox insan mənim üçün işləyir, mən ailənin yeganə oğluyam. Bütün vaxtımı özümə və musiqiyə sərf edə bilmərəm”.

Emin daha sonra “Səbirsizəm. Nəticəni hər zaman əvvəlcədən əldə etmək istəyirəm” deyə əlavə edib.
 
Müğənni “10 ildən sonra özünü necə görürsən” sualına belə cavab verib:

“Uşaqlarım üçün xoşbəxtlik və xeyirxahlıq arzulayıram. 10 ildən sonra mən yenə də öz yerimdə oturum, onda əkizlərimin 17 yaşı olacaq. Yanıma gəlsinlər və çay içsinlər. Əsas övladlardır. Qalan hər şey o qədər də önəmli deyil”.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=44077

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR