“Neftçi“nin sabiq üzvü Fransa klubunda

“Neftçi“nin sabiq üzvü Fransa klubunda
13:22 12 Yanvar 2016
22 İdman
Ölkə mətbuatı
A- A+

"Neftçi"nin sabiq üzvü Ernest Nfor karyerasını Fransada davam etdirə bilər. Fanat.az Fransa mətbuatına istinadən xəbər verir ki, kamerunlu forvard "Soşo"ya keçməyə yaxındı.

Hazırda tərəflər müqavilənin detallarını müzakirə edir. Nforun Liqa 2 klubu ilə rəsmi anlaşmanı sabah imzalaması gözlənilir.

Qeyd edək ki, Nfor 2013-2015-ci illərdə "Neftçi"də çıxış edib. Bu müddətdə 64 rəsmi oyuna çıxan futbolçu 14 qol vurub. Kamerun millisinin sabiq üzvü əvvəllər vətənində "Sable", Belçikada "Gent", "Deinze", "Kortrik" və "Sulte Varegem" klublarında çıxış edib.

Fanat.az 

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-neftcinin-sabiq-uzvu-fransa-klubunda-t46740.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR