Dövlət Məşğulluq Xidməti 29 min nəfərin məşğulluğunu təmin edib

13:28 12 Yanvar 2016
19 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti tərəfindən işsiz və işaxtaran vətəndaşların aktiv məşğulluq tədbirləri vasitəsilə səmərəli məşğulluğunun təminatı istiqamətində ötən il də məqsədyönlü işlər aparılıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, hesabat dövründə Xidmət tərəfindən 29 min nəfər işsiz və işaxtaran vətəndaş münasib iş yerləri ilə təmin olunub.

Ötən il işsiz və işaxtaran vətəndaşların əmək bazarına çıxışının asanlaşdırılması üçün onların əmək bazarında rəqabətə davamlı peşələrə yiyələnmələrinin təmin edilməsi də diqqətdə saxlanılıb. Bu dövrdə ümumilikdə 4147 nəfər şəxs kompyuter istifadəçisi, bərbər, qaynaqçı, tikişçi, qənnadçı, mebel quraşdırıcısı, dərzi və s. peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunub. Dövlət Məşğulluq Xidmətinin Bakı, Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərindəki Əmək birjaları vasitəsilə əhalidən və ayrı-ayrı iş adamlarından qəbul edilmiş sifarişlər əsasında 4117 nəfər şəxs müvəqqəti xarakterli işlərlə təmin edilib.

İdarə, müəssisə və təşkilatlarla bağlanmış müqavilələr əsasında 1626 nəfər vətəndaş haqqı ödənilən ictimai işlərə göndərilib. Ötən il düzgün peşə seçmələrinə köməklik məqsədilə 114569 nəfər gəncə peşəyönümü məsləhətləri verilib.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2479345.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR