Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları 19 kiloqramdan çox narkotik vasitə aşkarlayıblar

Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları 19 kiloqramdan çox narkotik vasitə aşkarlayıblar
13:28 12 Yanvar 2016
22 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 yanvar, AZƏRTAC
Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Quba rayon sakini Mərhəmət Sədirovdan 5,15, Bakı sakinləri Nahid Həsənovdan 5,88 və əvvəllər məhkum olunan Rəşad Əzimovdan 5,84 qram, ona məxsus zənbildən isə 19 kiloqram 150 qram qurudulmuş marixuana aşkarlanıb.
BŞBPİ-dən AZƏRTAC-a bildiriblər ki, araşdırma zamanı onların Bakı sakini Zaur Aslanova məxsus Şüvələn qəsəbəsindəki bağ evindən velosiped, qədim samovar, 3 mis məcməyi, külqabı, 2 xəncər, geyim və elektron məişət əşyaları oğurladıqları müəyyənləşdirilib.
Oğurlanan əşyalar maddi sübut kimi götürülüb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Baki_Seher_Bas_Polis_Idaresinin_emekdaslari_19_kiloqramdan_chox_narkotik_vasite_askarlayiblar-917706

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR