Antenatal və doğuşayardım xidmətinin keyfiyyəti müzakirə olunub

Antenatal və doğuşayardım xidmətinin keyfiyyəti müzakirə olunub
13:33 12 Yanvar 2016
16 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 yanvar, AZƏRTAC
Bakı şəhər Baş Səhiyyə İdarəsində paytaxtın doğuşayardım tibb müəssisələrində hamilələrə göstərilən antenatal və doğuşayardım xidmətinin keyfiyyətinin artırılması və nəzarətin gücləndirilməsinə dair toplantı keçirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili şöbəsinin məsləhətci G.Ağayeva, Səhiyyə Nazirliyinin baş anestezioloq –reanimatoloqu A.Qədirov, Respublika Perinatal Mərkəzinin direktoru S.Məmmədova və doğuşayardım xidməti göstərən tibb müəssisələrinin rəhbərlərinin iştirakı ilə keçirilən toplantıda hamilə qadınlara ərazi qadın məsləhətxanaları tərəfindən göstərilən antenatal xidmət, o cümlədən, hamilələrin özəl tibb müəsissələrində qeydiyyatda olduğu halda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 06.03.2013-cü il tarixli 21 nömrəli əmrinin icrası üzrə müəssisələr arasında müvafiq qayadada əlaqəli işin diqqətdə saxlanılması, risk qrupundan olan hamilələrə nəzarətin gücləndirilməsi vurğulanıb, onlara müvafiq mütəxəssisilərlə konsiliumun təşkil olunmasının vacibliyi və vaxtında stasionarlaşdırılması barədə muzakirələr aparılıb.
Stasionarlarda aparılan doğuşayardım xidməti üzrə müzakirələrdə həkim seçimi məsələsinin müəssisə rəhbərliyi tərəfindən tənzimlənməsi, kadrların potensialı və hazırlıq vəziyyətinin qiymətləndirilməsi, tibb işçilərinin öz vəzifələrinə uyğun olaraq məsuliyyətinin artırılması, müəssisədaxili nizam-intizam qaydalarına riayət edilməsi istiqamətində göstərişlər verilib.
İclasda mütəxəsisslər çıxış edərək, ana ölümlərinin qarşısının alınması və hamilələrə göstərilən antenatal və doğuşayardım xidmətinin təkmilləşdirilməsinə dair öz təkliflərini veriblər.
Yekun olaraq Azərbaycan Respublikasının “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair Dövlət Proqramı”nın (2013-2017-ci illər), Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin doğuşayardım xidmətı üzrə müvafiq əmr və sərəncamlarının, təlimat və klinik protokollarının icrasına nəzarətin artırılması, həmçinin antenatal və doğuşayardım işinin gücləndirilməsi istiqamətində baş həkimlərə tapşırıqlar və bu sahədə müntəzəm olaraq monitorinqlərin keçiriləcəyi barədə məlumat verilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Antenatal_ve_dogusayardim_xidmetinin_keyfiyyeti_muzakire_olunub-917709

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR