İslamabadda Əfqanıstan problemi ilə bağlı dördtərəfli görüş keçirilib

İslamabadda Əfqanıstan problemi ilə bağlı dördtərəfli görüş keçirilib
13:33 12 Yanvar 2016
18 Digər
Ölkə mətbuatı
A- A+


İslamabad, 12 yanvar, AZƏRTAC 
ABŞ, Çin, Pakistan və Əfqanıstan nümayəndələri İslamabadda Əfqanıstan problemi ilə bağlı dördtərəfli görüş keçiriblər.
Görüşdə bildirilib ki, son vaxtlar Əfqanıstanda vəziyyət daha da gərginləşib və bunun qarşısı alınmalıdır. Qeyd olunub ki, ABŞ, Çin və Pakistan Əfqanıstan probleminin tezliklə tənzimlənməsində maraqlıdırlar. Tərəflər problemin sülh yolu ilə, Əfqanıstanın suverenliyi, ərazi bütövlüyü çərçivəsində həll olunmasının zəruriliyini qeyd ediblər.
Müzakirələr zamanı ikinci dördtərəfli görüşün yanvarın 18-də Kabildə keçirilməsi qərara alınıb. Həmin görüşdə problemin həlli ilə bağlı “yol xəritəsi”nin hazırlanması nəzərdə tutulur.

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Islamabadda_Afqanistan_problemi_ile_bagli_dordterefli_gorus_kechirilib-917708

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR