Azərbaycanda ehtiyatsızlıqdan iki ölüm faktı qeydə alınıb

Azərbaycanda ehtiyatsızlıqdan iki ölüm faktı qeydə alınıb
13:58 12 Yanvar 2016
18 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Ötən gün Azərbaycanda ehtiyatsızlıqdan iki ölüm faktı qeydə alınıb.

Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 11-də Cəlilabad rayonunun Məlikqasımlı kəndində yaşayan 7 yaşlı Dövran Qurbanov həyətində yelləncəkdən yıxılması nəticəsində ölüb.

Digər bir hadisə isə Xaçmaz rayonunun Qusarçay kəndində baş verib. Kənd sakini Rasim Hümmətov anbarda un kisələrini boşaldarkən ehtiyatsızlıqdan yıxılıb. R.Hümbətov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2479358.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR