Ancelina Coli Bred Pittdən xəbərsiz daha bir uşaq götürdü - foto

Ancelina Coli Bred Pittdən xəbərsiz daha bir uşaq götürdü - foto
14:01 12 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Qərb mediası Hollivud aktrisası Ancelina Colinin Kambocadan övladlığa Alloy Şoun adlı uşaq götürdüyünü yazıb.

Axşam.az-ın məlumatına görə, Coli 7-ci uşağı həyat yoldaşı Bred Pittdən gizli götürərək artıq sənədləşdirib. Keçən ilin yayından etibarən bu haqda xəbər yayılsa da, Bred buna qarşı çıxdığı üçün alınmamışdı. Colinin Suriyadan qız götürəcəyi deyilirdi, lakin o, tez-tez getdiyi Afrika ölkəsindən olan oğlanı öz adına keçirib.

Colinin çoxdan himayədarlıq etdiyi bu ailənin Alloydan başqa 12 bacı-qardaşı var. Ailənin atası ağır xəstə olduğu üçün uşaqlarına baxa bilmir. Ancelina illərdir ailəyə kömək etdikdən sonra oğlanı ona vermələrinin qarşılığında valideynlərə bir milyon dollar ödəyib.



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR