​Gürcüstanın milyarder keçmiş baş nazirinin iqamətgahı qarşısında etiraz aksiyası keçirilir

​Gürcüstanın milyarder keçmiş baş nazirinin iqamətgahı qarşısında etiraz aksiyası keçirilir
14:02 12 Yanvar 2016
35 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 12 yanvar. REPORT.AZ/ Gürcüstanın keçmiş baş naziri, milyarder Bidzina İvanişvilinin iqamətgahının qarşısında Rusiyanın "Qazprom" şirkəti ilə danışıqlar aparılmasına qarşı etiraz aksiyası keçirilir.
"Report" xəbər verir ki, bu haqda Gürcüstan KİV-i məlumat yayıb.
Məlumata görə, aksiya iştirakçıları "Qazprom"u Gürcüstan bazarına buraxmayacaqlarını bildiriblər: ""Qazprom"un təbii qazının ölkəmizə gətirilməsi Rusiyanın Gürüstanı ələ keçirməsi deməkdir". Etirazçılar qeyd ediblər ki, bu planın həyata keçməsində İvanişvili fəal iştirak edir. 

Xəbərin orijinal ünvanı: http://report.az/region/gurcustanin-miyader-kecmis-bas-nazirinin-iqametgahi-qarsisinda-etiraz-aksiyasi-kecirilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR