"Kanal S"in 4-cü "Açıq mikrofon"u İsmayıllıda

"Kanal S"in 4-cü "Açıq mikrofon"u İsmayıllıda
14:32 12 Yanvar 2016
33 Digər
Ölkə mətbuatı
A- A+

KANAL S (REGİON TV) xəbər verir ki, ilk dəfə "Kanal S" tərəfindən reallaşdıran "Açıq mikrofon" layihəsinin növbəti - 4-cü mərhələsi İsmayıllıda həyata keçiriləcək. İsmayıllı sakinləri "Açıq mikrofon" vasitəsilə öz problemlərini, onları düşündürən məsələləri səsləndirə biləcəklər. Suallara İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov aydınlıq gətirəcək və problemlərin həlli yolları araşdırılacaq. Əhali də bu təşəbbüsü müsbət qarşılayır.

"Açıq mikrofon" vasitəsilə öz müraciətlərini rayon rəhbərliyinə ünvanlamaq istəyənlər fevralın birinədək 055 226 55 43 və 055 226 55 39 telefon nömrələri ilə əlaqə saxlaya bilərlər. Eyni zamanda info@kanals.az mail adresimizə də yaza və yaxud Şəki şəhəri, 20 Yanvar küçəsində yerləşən "Kanal S"-ə məktub vasitəsilə müraciət edə bilərsiniz.

Qeyd edək ki, "Açıq mikrofon" layihəsi ilk dəfə "Kanal S" tərəfindən Şəkidə gerçəkləşdirilib. Bundan əvvəlki üç mərhələdə tamaşaçılar öz problemlərini rayon rəhbərliyinin diqqətinə çatdırıblar. Səsləndirilən məsələlərin əksəriyyəti öz həllini tapıb.  

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/397206.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR