84 yaşlı media maqnatı nişanlandı (FOTO)

84 yaşlı media maqnatı nişanlandı (FOTO)
14:36 12 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

84 yaşlı media maqnat Rupert Merdok nişanlanıb. Onun seçimi isə keçmiş supermodel Cerri Holl olub.

ANS PRESS-in məlumatına görə, bu barədə “BBC News (World)” “Twitter” səhifəsində məlumat yayıb.

Rupert Merdok dünyanın ən məşhur qəzetləri “The Times”, “The Wall Street Journal”, “The Sun” və “New York Post”un sahibidir.

Təzə bəy hətta “Fox News” televiziya kanalının və nüfuzlu “Dow Jones” agentliyinin rəhbəridir.


“BBC News (World)”-un "twitter" səhifəsi


Bundan əlavə, “20th Century Fox” film istehsalı şirkəti də ona məxsusdur. Maqnatın fərqli həyat yoldaşlarından 4 oğlu və 2 qızı var.


Cerri Xol və Mik Caqqer


Rupert Merdokun sevgilisi 59 yaşlı Cerri Xoldur. Cerri əvvəl "The Rolling Stones” qrupunun əfsanəvi rok ifaçı Mik Caqqerin uzun müddət sevgilisi olub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR