Azərbaycanla İran arasında dəmir yolu xətti 2016-cı ilin sonunadək tikiləcək

Azərbaycanla İran arasında dəmir yolu xətti 2016-cı ilin sonunadək tikiləcək
14:43 12 Yanvar 2016
29 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 yanvar, Elvin Camalov, AZƏRTAC
"Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsi çərçivəsində Azərbaycanla İran arasında dəmir yolu xətti 2016-cı ilin sonunadək tikiləcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il dekabrın 7-də imzaladığı müvafiq sərəncama uyğun olaraq yaxın vaxtlarda bu sahənin tikintisi ilə məşğul olacaq şirkətin müəyyənləşdirilməsi üçün tender elan ediləcək. 2016-cı ilin sonunadək Azərbaycan ərazisində İranla sərhədə qədər yolun çatışmayan 7,5 kilometrlik hissəsi və sərhəddə uzunluğu 100 metr olan dəmir yolu körpüsü tikiləcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanla_Iran_arasinda_demir_yolu_xetti_2016_ci_ilin_sonunadek_tikilecek-917732

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR