​İstanbulda partlayışı intiharçı terrorçu törədib

​İstanbulda partlayışı intiharçı terrorçu törədib
14:47 12 Yanvar 2016
42 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 12 yanvar. REPORT.AZ/ İstanbulda partlayışı intiharçı terrorçu törədib.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu partlayışın şahidləri bildirib.
Onların sözlərinə görə, İstanbulun Sultanahmet rayonunun "Hipodrom" meyadnının yaxınlığındakı Dikilitaş hissəsinə turist qrupunun arasına bir nəfər girərək, özünü partladıb.
Məlumata görə, tursit qrupundakıların sayı çox olmayıb.
Şahidlər partlayışı 25-30 yaşında ağbənizli, qara saçlı bir nəfərin törətdiyini bildiriblər.
Beyazit-Eminönü arasındakı tramvay xəttinin hərəkəti dayandırılıb.
Xəbərə əsasən, partlayış törədilən ərazidən televiziya yayımı qadağan edilib.
Yaxın saatlarda Türkiyənin baş naziri Əhməd Davudoğlunun başçılığı ilə Təhlükəsizlik Şurasının toplantısı keçiriləcək.
Qeyd edək ki, İstanbul valiliyində partlayış nəticəsində 10 nəfər ölüb, 15 nəfər yaralanıb. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR