Universitetdən intihar edən Rumiyyənin atasının rüşvətlə bağlı iddiasına AÇIQLAMA

Universitetdən intihar edən Rumiyyənin atasının rüşvətlə bağlı iddiasına AÇIQLAMA
14:57 12 Yanvar 2016
118 Digər
Ölkə mətbuatı
A- A+

Sumqayıt Dövlət Universiteti Filologiya fakültəsinin intihar edən I kurs tələbəsi Rumiyyə Qasımovanın atasının qızından imtahana görə rüşvətin istənilməsi ilə bağlı səsləndirdiyi iddiaya rəsmi açıqlama verib.

Milli.Az bildirir ki, Universitetin mətbuat xidmətinin rəhbəri Nazpəri Cəlili Trend-ə açıqlamasında rüşvətlə bağlı iddiaları təkzib edib.

Onun sözlərinə görə, məktəblərdə imtahan sessiyalarının keçirilməsinə rektorluq tərəfindən ciddi nəzarət edilir və imtahanlara görə pulun yığılması qadağan edilib:

"Universitetə yeni qəbul olunan I kurs tələbələri özləri imtahana görə pul verirlər, ancaq pul götürülmür. Rumiyyə qrupda imtahandan ən aşağı nəticə göstərənlərdən biri idi. Əgər hansısa tələbənin narazılığı var idisə, o, apellyasiya komissiyasına və rektorluğa müarciət edə bilərdi. Məhkəmə bunu araşdıracaq və məsələlərə aydınlıq gələcək".

Qeyd edək ki, R.Qasımovanın meyidi dəniz sahilində tapılıb. Atasının verdiyi açıqlamaya görə, imtahanlara görə pul istənilib: "Evdə ağzından qaçırtmışdı ki, 200 manat istənilir. Tam şəkildə deyə bilməmişdi. Dedim ki, o biri imtahanları ver, kəsir olanı düzəldərik. Bununla bağlı lazımi yerlərə, Təhsil Nazirliyinə də şikayət edəcəm".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR