Norveç irimiqyaslı hərbi islahatlar aparacaq

Norveç irimiqyaslı hərbi islahatlar aparacaq
15:03 12 Yanvar 2016
17 Digər
Ölkə mətbuatı
A- A+


Stokholm, 12 yanvar, AZƏRTAC
Norveç son bir neçə onillikdə ən irimiqyaslı hərbi islahat proqramlarını həyata keçirəcək, çünki onun silahlı qüvvələri hazırda Skandinaviya krallığının qarşısında duran tələblərə cavab vermir.
Norveçin müdafiə naziri İne Eriksen Söreyde Oslo Hərbi Cəmiyyətində illik mühazirəsində bu barədə bəyanatla çıxış edib. Nazir deyib ki, siyasət, təhlükəsizliyin təmini və müdafiə sahələrində Norveçin qarşısında yeni və olduqca mürəkkəb vəzifələr durur. Lakin onları həyata keçirmək üçün imkanlarımız çatmır. Müvafiq problemin həlli yolları əvvəlki illərdə də müzakirə edilib. Lakin onların həlli üçün krallıq 10-20 il vaxt tələb edən çox mürəkkəb və miqyaslı işlər aparmalıdır.
İne Eriksen Söreyde qeyd edib ki, növbəti illərdə krallıq ölkənin müdafiə qabiliyyətini təmin etməklə yanaşı, iqtisadiyyatda da irimiqyaslı restrukturizasiya aparacaq. Bu, ixracı dövlət büdcəsi gəlirinin 20 faizindən çoxunu təşkil edən karbohidrogenlərin qiymətinin aşağı düşməsi ilə əlaqədardır. Hazırda mühüm sahələrdə krallığın hərbi potensialını artırmaq üçün Müdafiə Nazirliyində gəlirlərin müxtəlif optimizasiya variantları nəzərdən keçirilir.
Həmçinin NATO-nun tələblərinə uyğun olaraq, Norveç öz müdafiə büdcəsini 2024-cü il üçün ölkənin ÜDM-də indiki 1,45 faizdən 2 faizədək yüksəltmək niyyətindədir. Sırf iqtisadi səbəblərlə əlaqədar əlavə xərclər lazım olacaq. Norveç kronu məzənnəsinin dollara nisbətdə aşağı düşməsi müxtəlif silahların qiymətinin artmasına səbəb olub.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Norvech_irimiqyasli_herbi_islahatlar_aparacaq-917742

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR