"Neftçi"dən ayrılan futbolçu "Soşo"ya keçir

"Neftçi"dən ayrılan futbolçu "Soşo"ya keçir
15:05 12 Yanvar 2016
20 İdman
Ölkə mətbuatı
A- A+

Ötən ilin yayında "Neftçi"dən ayrıldıqdan sonra işsiz qalan Ernest Nfor karyerasını Fransada davam etdirməyə yaxındır.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, azad agent statusu daşıyan 30 yaşlı hücumçu "Soşo"ya keçir.

Hazırda Liqa-2 təmsilçisinin rəhbərliyi ilə Nfor arasında danışıqlar gedir. Tərəflər müqavilənin detallarını müzakirə edirlər. Təcrübəli forvarda "Soşo"nun heyətində məşqlərə başlamağa artıq icazə verilib.
 
Qeyd edək ki, karyerası ərzində "Gent", "Kortriyk", "Tsulte-Varegem" kimi klubların formasını geyinmiş Nfor 2013-2015-ci illərdə "Neftçi"də çıxış edib. O, "ağ-qaralar"ın heyətində Azərbaycan çempionatında 48 oyunda 8 qola imza atıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/397191.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR